BMT-nin Azərbaycan ofisi ilə Azərbaycan Gənclər Parlamenti arasında görüş baş tutub



img

"UN75 dialogues in Azerbaijan" təşəbbüsü çərçivəsində 1 iyul 2020-ci il tarixində BMT-nin Azərbaycan ofisi ilə Azərbaycan Gənclər Parlamenti arasında görüş baş tutmuşdur.

Dialoq çərçivəsində iştirakçılar qlobal və milli səviyyələrdə gənclərin üzləşdiyi problemlər, onların həlli yolları və bu sahədə BMT-dən olan gözləntilərə dair fikir və təkliflərini bölüşmüşdür.

Qeyd edək ki, bu dialoqlar zamanı səslənən rəylər bu ilin sentyabrın 21-də Nyu-Yorkda BMT-nin 75 illiyinə həsr olunmuş sammitdə dünya liderlərinə təqdim olunacaq və hazırlanmaqda olan “Vision 2045” (Baxış 2045) qlobal sənədinin əsasını təşkil edəcək.

 
2020-07-02 15:07:00