Azərbaycan Respublikası Milli Məclisinin yeni tərkiblə ilk iclası keçirilib



img

10 mart 2020-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin yeni tərkiblə ilk iclası baş tutmuş, bununla da altıncı çağırış Milli Məclisin rəsmi fəaliyyəti başlamışdır.

Eyni zamanda nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Gənclər Parlamenti yaxın günlərdə ilk komitə iclaslarını həyata keçirəcəkdir. İclasların keçiriləcəyi tarix və məkan barəsində üzvlərə ən qısa müddətdə məlumat veriləcəkdir.

Qeyd edək ki, AGP 18-35 yaş aralığında seçilmiş 60 üzvün ixtisaslaşmış 8 komitə üzrə müvafiq dövlət qurumlarına təqdim edilmək üçün qanun layihələri və təkliflər hazırladığı yeni bir platformadır.

2020-03-10 14:59:00