Azərbaycan Gənclər Parlamentinin açılış mərasimi ləğv edilir



img

 

 

XƏZƏR UNİVERSİTETİ AZƏRBAYCAN GƏNCLƏR PARLAMENTİNİN AÇILIŞ MƏRASİMİNƏ SAATLAR QALMIŞ FİKRƏT ƏMİROV KONFRANS-KONSERT ZALINI TƏDBİRİN İSTİFADƏSİNƏ VERMƏKDƏN İMTİNA EDİB.

16 yanvar 2020-ci il, saat 17:00 radələrində Xəzər Universitetinin rəsmisi Azərbaycan Gənclər Parlamentinin Katibliyi ilə əlaqə saxlayaraq tədbiri ləğv etməyi tələb edib.

Tədbirin keçirilməsi ilə bağlı razılığn bir müddət əvvəl Xəzər Universitetinin Qəyyumlar və Direktorlar Şurasının sədri tərəfindən verilməsinə baxmayaraq bu gün heç bir əsas göstərilmədən tədbir ləğv edilib.

Bununla bağlı olaraq Azərbaycan Gənclər Parlamentinin açılış mərasimi növbəti dəfə təxirə salınır və Xəzər Universiteti ilə tərəfdaşlıqdan imtina edilir.

Açılış mərasiminin ləğv edilməsi ilə birlikdə Azərbaycan Gənclər Parlamenti öz fəaliyyətinə planlaşdırılan tarixdən bir qədər gec başlayacaq.

AGP-dən asılı olmayan səbəblərdən tədbirin ləğv olunmasından dolayı tədbirə dəvət olunan namizədlərdən, dövlət qurumlarının, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən üzr istəyirik.

2020-01-16 18:05:00