"Gənclərin qanunyaratma prosesində iştirakı" mövzusunda ictimai müzakirə



img

Azərbaycan Gənclər Parlamentinin təşkilatçılığı ilə 7 dekabr 2019-cu il tarixində, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılmasının 101-ci ildönümündə "Gənclərin qanunyaratma prosesində iştirakı" mövzusunda ictimai müzakirə təşkil olunmuşdur. Müzakirədə 40-dan çox gənc fəal iştirak etmişdir.

Qarşılıqlı müzakirələr zamanı gənclərin qanunyaratma prosesində iştirakının mənfi və müsbət tərəfləri, bu prosesdə qarşıda duran maneələr müzakirə edilmişdir. Eyni zamanda gənclər sadəcə problemləri səsləndirməmiş, ölkənin inkişafı üçün bu və ya digər platformalar vasitəsilə atıla biləcək addımlar barəsində əhəmiyyətli təkliflər irəli sürmüşdür.

Qeyd edək ki, Azərbaycan Gənclər Parlamentinə üzvlük üçün son müraciət tarixi 7 dekabr 2019-cu il, saat 23:59-dur.

 
2019-12-07 14:05:00