İctimai Müzakirə - "Gənclərin Qanunyaratma Prosesində İştirakı"



img

Azərbaycan Gənclər Parlamenti 7 dekabrda, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılmasının 101-ci ildönümündə ictimai fəalların və ekspertlərin iştirakı ilə "Gənclərin qanunyaratma posesində iştirakı" mövzusunda ictimai müzakirə təşkil edir.

Müzakirələr əsasən aşağıdakı başlıqlar ətrafında aparılacaq:

- Qanunyaratma prosesində gənclərin rolu

- Gənclərin qanunyaratma prosesində aktiv iştirakını təmin etmək üçün vahid platformadan çıxış etməyin müsbət və mənfi cəhətləri

- Gənclərin qanunyaratma bacarıqlarının inkişaf etməsi naminə atıla biləcək addımlar

Müzakirədə hər kəs iştirak edə bilər.

Qeyd:, Tədbirin keçirələcəyi məkana giriş üçün şəxsiyyət vəsiqənizi təqdim etməyiniz tələb olunacaq.

Tarix: 7 dekabr, saat 12:00
Məkan: Caspian Platforum (Caspian Plaza, 8-ci mərtəbə)

Əlaqə nömrəsi: +994 70 333 44 78

2019-12-03 07:53:00