Gənclərin qanunyaratma bacarıqlarının artırılması üzrə təlim keçirilib



img

16-17 noyabr tarixlərində Azərbaycan Gənclər Parlamentinə namizəd olmuş gənclərə Qanunyaratma təlimləri keçirilib. 

Təlimin ilk günündə “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri, hüquqşünas Hafiz Həsənovun tədqimatında qanunların formalaşıdırılmasının nəzəri aspektləri diqqətə çatdırılıb. Bu sessiyada iştirakçılar qanunyaratma prosesinin prinsip və metodları ilə bağlı məlumatlar əldə edib, onların tətbiq edilməsi qaydarı ilə tanış olublar.

Sonrakı gün iştirakçı gənclər təlimin ilk günündə öyrəndiklərini sınaqdan keçirib. Gənclər bir sıra nümunə qanun layihələrini müzakirə edib və sonda səsverməyə qoyaraq qəbul edib.

Növbəti günlərdə AGP üzvlüyünə namizəd olan şəxslər üçün təlimlərin davam edəcəyi qeyd olunub.

 

2019-11-25 20:42:10