img

Azərbaycan Gənclər Parlamentinin açılış mərasimi

Azərbaycan Gənclər Parlamenti təxirə salınmış açılış mərasiminin 27 yanvar 2020-ci il tarixində baş tutacağını bəyan edir!

Tədbirdə Azərbaycan Gənclər Parlamentinin və qurumun tərəfdaşlarının təqdimatı həyata keçiriləcək, eyni zamanda AGP üzvlüyünə seçilmiş şəxslərin adları açıqlanacaq.

Mərasimdə Azərbaycan Gənclər Parlamentinin üzvlüyünə namizədlər, dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici dövlətlərin ölkəmizdəki nümayəndəliklərinin rəsmiləri və ictimai xadimlər iştirak edəcək.

Qeyd etmək istərdik ki, 17 yanvar 2020-ci tarixində baş tutacaq açılış mərasiminə saatlar qalmış Xəzər Universiteti heç bir səbəb göstərmədən “Fikrət Əmirov” konfrans-konsert zalını Azərbaycan Gənclər Parlamentinin istifadəsinə verməkdən imtina etmiş, bu səbəbdən açılış mərasimi təxirə salınmışdır. Buna baxmayaraq, mövcud problemlər aradan qaldırılmış və mərasim üçün yeni tarix təyin edilmişdir.

Tədbir 27 yanvar 2020-ci il, saat 15:00-da, Pullman Baku Oteldə baş tutacaq.

Mərasim mediaya açıqdır.
Giriş sərbəstdir.